Dünya Bankının Azərbaycanla bağlı proqnozu – “Cibimizə təsiri olacaq?”

Dünya Bankının Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozu ölkədə iqtisadi dinamikanın, xüsusilə neft hasilatındakı dəyişikliklərin fonunda əhalinin gəlirlərinə nə vəd edir?
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Ajans.az-a açıqlamasında bildirib ki, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,2 faiz artacağı ilə bağlı proqnozu ölkədə müşahidə olunan iqtisadi dinamika və əvvəlcədən səsləndirilən proqnozlarla müəyyən mənada üst-üstə düşür.
Onun sözlərinə görə, Azərbaycanda da real iqtisadi artım tempinin təxminən bu səviyyədə olacağı qeyd edilib:“Burada əsas amillərdən biri neft hasilatının əvvəlki illərlə müqayisədə azalmasıdır.Azərbaycan iqtisadiyyatının uzun illər ərzində formalaşmasında neft-qaz sektoru mühüm rol oynayıb. “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatla bağlı qarşıya qoyulan bir sıra hədəflər artıq uğurla icra edilir, bu sahədə yeni mərhələyə keçid prosesinin getdir".
Deputatın sözlərinə görə, qarşıdakı dövrdə əsas gözlənti yeni yataqların istismara verilməsi və hasilatın artırılması ilə bağlıdır:"Eyni zamanda, “Abşeron” yatağının növbəti mərhələsi çərçivəsində hasilatın artırılması ilə bağlı gözləntilər mövcuddur. Əgər nəzərdə tutulan layihələr və planlar vaxtında reallaşarsa, bu, hasilatın sabitləşməsinə, daha sonra isə artım tempinin bərpasına şərait yarada bilər”, – deyə A.Badamov bildirib.
A.Badamov hesab edir ki, yaxın və orta perspektivdə Azərbaycanın iqtisadi artımı ilə bağlı daha müsbət gözləntilərin formalaşması üçün əsaslar var: “1,2 faizlik artım əhalinin gəlirlərinin azalacağı demək deyil. Dünya Bankının proqnozlaşdırdığı 1,2 faizlik iqtisadi artımın əməkhaqları və əhalinin pul gəlirlərinə ciddi mənfi təsir göstərəcəyini düşünmürəm. Burada iqtisadiyyatın yalnız ümumi artım göstəricisinə deyil, onun strukturuna da diqqət yetirmək lazımdır”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunda artım dinamikası davam edir. Qeyri-neft iqtisadiyyatının genişlənməsi yeni iş yerlərinin yaradılması, məşğulluğun artması və əhalinin gəlirlərinin yüksəlməsi baxımından mühüm imkanlar yaradır: "Azərbaycan iqtisadiyyatı öz maliyyə dayanıqlığını və inkişaf dinamikasını qoruyub saxlayır. Ölkənin 90 milyard dollardan artıq valyuta ehtiyatlarının olması da mühüm amildir. Bu ehtiyatlar iqtisadi və maliyyə sabitliyi baxımından ciddi təhlükəsizlik yastığı rolunu oynayır. İqtisadi artımın nisbətən aşağı olması avtomatik olaraq əhalinin gəlirlərinin azalacağı anlamına gəlmir. Əsas məsələ iqtisadi artımın hansı sahələr hesabına formalaşması və bunun məşğulluq və gəlirlərə necə təsir etməsidir”.
2027-ci ildə 1,8 faizlik artım mümkün olacaq?
Azər Badamov 2027-ci ildə daha yüksək iqtisadi artım tempinə nail olmaq üçün bir neçə istiqamətin xüsusi əhəmiyyət daşıdığını bildirib: "İlk növbədə, neft-qaz sektorunda yeni layihələrin reallaşdırılması və hasilatın sabitləşdirilməsi mühüm rol oynayacaq. Bərpaolunan enerji sektorunun inkişafı da Azərbaycanın iqtisadi artımının yeni mənbələrindən birinə çevrilə bilər. Bu sahədə həyata keçirilən layihələr mərhələli şəkildə iqtisadi dövriyyəyə qoşulduqca həm investisiyaların, həm də enerji istehsalının artmasına, nəticə etibarilə iqtisadi aktivliyin yüksəlməsinə imkan verəcək. Digər mühüm istiqamət isə investisiyaların cəlb edilməsidir".
“Bakıda keçirilən beynəlxalq investisiya forumları çərçivəsində ümumi dəyəri 20,8 milyard dollar olan sənədlərin imzalanması Azərbaycanın investisiya imkanlarına marağın yüksək olduğunu göstərir. Bu sənədlərin heç olmasa bir hissəsinin real layihələrə çevrilməsi belə iqtisadiyyata yeni impuls verə bilər”, – deyə A.Badamov bildirib.
Deputat Azərbaycanın tranzit və logistika imkanlarından daha səmərəli istifadə olunmasının da vacib olduğunu vurğulayıb: "Tranzit-logistika daşımalarının həcminin və coğrafiyasının genişlənməsi ölkəyə əlavə valyuta gəlirlərinin daxil olmasına, xidmətlər sektorunun inkişafına və yeni iqtisadi imkanların yaranmasına şərait yaradacaq. Ümumilikdə, hesab edirəm ki, Azərbaycanın iqtisadi inkişaf perspektivləri müsbətdir”.
A.Badamov qeyd edib ki, qarşıya qoyulan hədəflərin ardıcıl şəkildə icrası, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, yeni investisiyaların cəlb olunması, enerji və logistika layihələrinin genişləndirilməsi iqtisadi artımın yeni mərhələyə keçməsinə imkan verə bilər.
“Bu baxımdan Dünya Bankının 2027-ci il üçün 1,8 faizlik artım proqnozunu son hədd kimi deyil, qarşıdakı dövrdə iqtisadi siyasətin daha da gücləndirilməsi üçün bir göstərici kimi qiymətləndirmək olar”, – deyə deputat əlavə edib.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












