Dünyada insan ölümünün ən çox yayılan ikinci SƏBƏBİ

Beynəlxalq tədqiqat qrupu dünyada ölüm hallarının ikinci səbəbini açıqlayıb.
Avtosfer.az bildirir ki, araşdırmanın nəticələri “The Lancet”də dərc olunub.
Bildiyiniz kimi, ölümün ən çox yayılmış səbəbi işemik ürək xəstəliyidir, o cümlədən infarkt. İndi elm adamları yayılmış ikinci ən ümumi səbəbi müəyyənləşdiriblər, bu, müxtəlif bakterial infeksiyalardır.
2019-cu ildə hər səkkiz ölümdən biri (7,7 milyon, 13,6 faiz) patogenlər səbəbindən baş verib. Bu halların yarısı staphylococcus aureus (sferik, hərəkətsiz və aerob (havada mövcud ola bilən) bakteriyadır və uşaqlarda və daha az hallarda böyüklərdə müxtəlif xəstəliklərə səbəb olan Qram-müsbət ləkədir-red.), escherichia coli (əksər isti qanlı heyvanların aşağı bağırsaqlarında geniş yayılmış qram-mənfi, çubuqşəkilli bakteriyaların bir növü-red.), streptococcus pneumoniae (streptococcus cinsindən bir bakteriya növü-red.), klebsiella pneumoniae (klebsiella cinsinə aid olan qram-mənfi fakultativ anaerob çubuqşəkilli kapsulvari hərəkətsiz bakteriyalar-red.) və pseudomonas aeruginosa (qram-mənfi, aerob, hərəkətli, çubuqşəkilli bakteriyalar-red.) ilə yoluxma ilə əlaqədardır.
Kasıb və zəngin bölgələr arasında kəskin fərqlər xüsusilə diqqəti cəlb edir. Afrikasınnın cənubundakı ölkələrdən Saharaya qədər bakterial infeksiyalardan hər 100.000 nəfərə 230 ölüm qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, Qərbi Avropa, Şimali Amerika və Avstraliyada bu rəqəm 52-yə uyğundur.
Müəlliflər yeni peyvəndlər də daxil olmaqla, maliyyənin artırılmasına, həmçinin antibiotiklərin əsassız istifadəsinə qarşı ehtiyatlı olmağa çağırıblar. Əllərin yuyulması əsas profilaktik tədbir kimi qeyd edilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











