Dünyanın hər 50 sakinindən biri koronavirusa qarşı peyvənd olunub

Dünyada koronavirus əleyhinə vaksinasiya olunanların sayı 159,3 milyon nəfərə çatıb.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, indiyədək peyvənd olunanlar dünyanın 7 milyard 795 milyonluq əhalisinin 2 faizdən çoxunu təşkil edir.
Son yeddi gün ərzində sutkada orta hesabla 6 milyona yaxın insan peyvənd olunub. Bununla yanaşı, fevralın 3-də vaksinasiya olunanların sayı ilk dəfə olaraq koronavirusa yoluxanların sayını üstələyib. Worldometer saytının son məlumatına görə, pandemiya dövrü ərzində 108 milyon 313 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, onların da 2 milyon 379 min 137 nəfəri həyatını itirib.
Ən çox peyvəndləmə (48 milyondan çox) ABŞ-da aparılıb. İkinci yerdə Çin (40 milyondan çox), üçüncü yerdə isə Böyük Britaniya (14 milyondan çox) qərarlaşıb. Dünya üzrə vaksinasiyanın 65 faizi bu üç ölkənin payına düşür. İlk beşliyə, həmçinin Hindistan (7 milyon) və İsrail (6,2 milyon) daxildir.
Əhali sayına düşən peyvəndləməyə görə isə birinci yerdə İsraildir (69,3 faiz). Sonrakı iki yeri Birləşmiş Ərəb Əmirlikləri və Seyşel adaları tutur- müvafiq olaraq 49,8 faiz və 49,7 faiz. Britaniyada əhalinin 21,1 faizi, ABŞ-da isə 14 faizi artıq peyvəndlənib.
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT











