Ədalət Həsənov: "Xankəndidə ölən erməni qadının meyiti etibarlı yerdə saxlanılır"

"Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək".
Avtosfer.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov APA-ya müsahibəsində deyib.
"Xankəndidə ölən erməni qadının meyiti etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin respublikanın bütün şəhər və rayon şöbələrində belə soyuducular var.
Soyuducuların temperaturu əməkdaşlar tərəfindən nizamlanır. Lakin soyuducular meyitlərdə çürümə prosesini tamamilə dayandıra bilmir, onu müəyyən qədər ləngidə bilir. Bəzən bu məqsədlə digər əlavə vasitələrdən də istifadə etməyə ehtiyac yaranır, məsələn, meyitin formalinlə fiksasiyası", - deyə o bildirib.
Qeyd edək ki, 1954-cü il təvəllüdlü, erməniəsilli Vera Varaşakovna Ağasyanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələnin Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











