Banner

Elektrik istilik nasosları qaz xərcini azaldacaqmı? – AÇIQLAMA

Xəbərlər 23 Oktyabr 2026 21:11
Elektrik istilik nasosları qaz xərcini azaldacaqmı? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçidin təmin edilməsi nəzərdə tutulur. Bu dəyişiklik istilik sistemlərinin yenilənməsi ilə yanaşı, mənzil sahiblərinin kommunal xərclərinə, enerji istehlakına və avadanlıqların quraşdırılması üçün tələb olunan ilkin vəsaitə də təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, elektrik istilik nasoslarına keçidin iqtisadi səmərəliliyi, ənənəvi isitmə sistemləri ilə müqayisədə yarada biləcəyi qənaət və bu texnologiyanın əhali üçün əlçatan olması məsələləri gündəmə gəlib. Bəs istilik nasoslarından istifadə kommunal xərclərin azalmasına nə dərəcədə kömək edə bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycanın uzunmüddətli aşağı karbonlu inkişaf strategiyası ölkədə binaların isidilməsi ilə bağlı qarşıdakı illərdə həyata keçirilməsi planlaşdırılan tədbirləri əhatə edir:

''Bu strategiyaya hələlik qanunvericilik öhdəliyi kimi deyil, ölkənin uzunmüddətli inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən sənəd kimi baxmaq lazımdır. Hazırda hər hansı məcburi qaydaların tətbiqindən danışmaq tezdir. Strategiyada 2035-ci ilədək yaşayış binalarında elektrik istilik sistemlərinin tətbiqi, 2060-cı ilədək isə bu istiqamətdə keçidin genişləndirilməsi hədəflənir. Lakin bunun üçün elektrik şəbəkələrinin və infrastrukturun yenilənməsi, eləcə də böyük investisiyalar tələb olunur. Vətəndaşların xərclərinə təsiri isə gələcək tariflərdən, avadanlıqların qiymətindən və illik xidmət xərclərindən asılı olacaq. Bu addımın əsas məqsədi karbon emissiyalarını azaltmaq, qaz istehlakını aşağı salmaq və yaşayış binalarında təhlükəsizliyi artırmaqdır. Uzunmüddətli perspektivdə bu dəyişiklik enerji təhlükəsizliyinə və qazın ixrac imkanlarının genişlənməsinə də töhfə verə bilər''.

Fatimə

Oxunub : 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh