Banner

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb

Hadisə 24 Oktyabr 2026 14:18
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
WhatsApp kanalımıza abunə olun

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 66
ŞƏRH YAZ
Ad

E-mail

Şərh