Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”

Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. Yerli KİV-lərin əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur. Sözügedən şəxs “Yeraz Əhməd” ləqəbi ilə tanınan Əhməd Əlizadədir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan Arzuxan Əlizadənin AMİP-də müşaviri olan Əli Orucov bildirib ki, deputatın oğlu Əhmədin belə bir əməl törədəcəyi inandırıcı deyil:
“Arzuxan müəllimin hər iki oğlunu tanıyıram. Həm Orxanı, həm də Əhmədi. Hər ikisi mərifətli, qanacaqlı və təhsilli oğlanlardır. Mən hesab etmirəm ki, Əhməd belə bir əməl törətsin. Orxan Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə şirkətlərin birində işləyir. Əhmədi yaxından tanıyıram. Davakar və qalmqallı əməl törədəcəyini düşünmürəm. Elə oğlan deyil. Tərbiyəli və sakit təbiətli oğlandır”.
Qeyd edək ki, deputat Arzuxan Əlizadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?












