Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir - FOTO

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir.
Avtosfer.az xəbər verir ki, bu mötəbər yarışın Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirilir.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi iştirak edir.
Azərbaycanın müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və beynəlxalq idman tədbirlərinin təşkili sahəsində qazandığı təcrübə belə irimiqyaslı yarışların ölkəmizdə yüksək səviyyədə keçirilməsinə imkan yaradır.
Turnir Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, eləcə də gənclər arasında idmana marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib






















