Banner

Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?

Xəbərlər 24 Oktyabr 2026 15:28
Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?
WhatsApp kanalımıza abunə olun

Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçılarından birinin, daha doğrusu qətli törətməkdiyi deyilən şəxsin - Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu müəyyənləşib. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir.

Bəs, şəxsin cinayət törətməsi atasının mandatını, qardaşının isə vəzifəsini itirməsinə səbəb ola bilər?

Avtosfer.az xəbər verir ki, oxu.az-ın araşdırmasına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 90-cu maddəsi Milli Məclisin deputatlarının toxunulmazlığı ilə bağlıdır. Maddənin I bəndində qeyd edilir ki, səlahiyyət dövründə Milli Məclisin deputatının şəxsiyyəti toxunulmazdır. Milli Məclisin deputatları səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun məhkəmə qaydasında idarə tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi nəzarətdən istifadə edə bilməz.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatının orqanı bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroruna verməlidir.

Maddənin II bəndində isə vurğulanır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin mövcudluğu ilə bağlı xitam verilə bilər.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 113 maddəsi isə hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları ilə bağlıdır.

Bu maddəyə əsasən, hakimlərin səlahiyyətlərinə onların səlahiyyət müddəti (uzadılmış səlahiyyət müddəti) qurtardıqda Məhkəmə-Hüquq Şurası tərəfindən xitam verilir. Hakimlərin səlahiyyətlərinə öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizə verdikdə, hakim vəzifəsindən kənarlaşdırıldıqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə, bu Qanunla hakim vəzifəsinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə, tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə, bu Qanunun 111-1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqvim ili ərzində iki dəfə intizam cəzası verildikdə, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqda əsaslara görə vaxtından əvvəl xitam verilə bilər.

Bir sözlə, ölkə qanunvericiliyinə əsasən, şəxsin cinayət törətməsi onun valideynin deputat mandatını və qardaşının məhkəmə hakimi vəzifəsini itirməsi üçün əsas deyil.

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh