Avtobus və metroda gedişhaqqı dəyişə bilər – Sərnişinlərə ŞAD XƏBƏR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda brutto-müqavilə modelinə keçidlə bağlı yenidən məlumat yayıb. Plana əsasən, gələcəkdə sərnişinlər üçün aylıq və illik nəqliyyat paketləri yaradılması, eləcə də bir gedişhaqqı ilə bir neçə nəqliyyat vasitəsindən istifadə imkanı nəzərdən keçirilir.
Bu yenilik sərnişinlərin xərclərinə necə təsir edəcək? Paketlər təxminən necə ola bilər?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, aylıq, həftəlik və illik nəqliyyat kartlarının Azərbaycanda tətbiqi üçün ictimai nəqliyyatda ödəniş sisteminin tam rəqəmsallaşdırılması vacibdir:
“Bu yenilik sərnişinlərin xərclərini azalda, ictimai nəqliyyata marağı artıra və yollardakı sıxlığın azalmasına töhfə verə bilər. Lakin bunun üçün avtobus parkının genişləndirilməsi və metro infrastrukturunun inkişafı da zəruridir. Hazırda bu istiqamətdə müxtəlif ölkələrin təcrübələri öyrənilir və mümkün tətbiq mexanizmləri müzakirə olunur. Əsas şərt ictimai nəqliyyatın tamamilə kart və onlayn ödəniş sisteminə keçməsidir. Çünki aylıq, həftəlik və illik paketlərdən bütün avtobuslarda istifadə etmək mümkün olmalıdır. Hazırda avtobusların müəyyən hissəsində onlayn ödəniş sistemi tətbiq edilmir”.
Ekspert bildirib ki, digər mühüm yenilik bir gedişhaqqı ilə bir neçə ictimai nəqliyyat növündən istifadə imkanının yaradılmasıdır:
“Bu, dünyanın bir çox ölkəsində tətbiq olunur. Məsələn, sərnişin avtobusla metroya gedə, daha sonra metrodan çıxaraq başqa avtobusa minə bilər. Əgər ödəniş 90 dəqiqə ərzində qüvvədə qalırsa, həmin müddətdə sərnişin əlavə gedişhaqqı ödəmədən müxtəlif nəqliyyat vasitələrindən istifadə edə bilər. Bu da ictimai nəqliyyatı daha sərfəli edər və insanların şəxsi avtomobillərdən imtina edərək ictimai nəqliyyata üstünlük verməsi üçün əlavə stimul yaradar”.

E.Muradlının sözlərinə görə, Bakıda gündəlik reyslərə çıxan avtobusların sayı 2 800-ə çatdıqda ictimai nəqliyyatın imkanları əhəmiyyətli dərəcədə genişlənəcək:
“Metro stansiyalarının sayının artırılması da bu baxımdan vacibdir. Yaxın üç il ərzində 10 yeni stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Bu, sərnişin daşımalarında ciddi dəyişikliklərə səbəb ola bilər. Stansiyaların sayı 38-ə, daha sonra 48-ə çatdıqda bunun müsbət təsirini daha aydın görəcəyik. İctimai nəqliyyata marağın artması üçün təkcə sərnişindaşıma imkanlarının genişləndirilməsi kifayət deyil. Nəqliyyat vasitələri qrafik üzrə işləməli, yollarda baş verən kiçik hadisələr bütöv sistemin fəaliyyətinə ciddi təsir göstərməməlidir. Sərnişinlər rahat, təhlükəsiz və vaxtında mənzil başına çatacaqlarına əmin olmalıdırlar. Bütün bu yeniliklərlə yanaşı, vaxt əsaslı ödəniş sisteminin tətbiqi də nəqliyyat sıxlığının azalmasına kömək edə bilər.
Artıq bəzi sərnişinlər avtobus zolaqları sayəsində mənzil başına daha tez çatmağın mümkün olduğunu görürlər. Avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin sayının artması da bu prosesə müsbət təsir göstərir. Buna görə də şəxsi avtomobildən istifadə edənlərin bir qismi ictimai nəqliyyata qayıtmağa başlayıb, digərləri isə bu barədə düşünür”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS










