Elşad Hacıyev: "Dəqiqləşdirmə aparmadan informasiya yaymaq yolverilməzdir" - VİDEO

Azərbaycan Respublikasının Prokurorluğunun təşkilatçılığı ilə Qubada "Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi" mövzusunda regional konfrans keçirilir. Tədbirdə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "İnformasiya təhlükəsizliyində vətəndaş məsuliyyəti" mövzusunda çıxış edib. O, bildirib ki, informasiya yayılmasında hər bir vətəndaş məsuliyyətli olmalıdır. "Bu gün DİN-in informasiya xidməti 24 saat fəaliyyət göstərir. İstər paytaxtda, istərsə də regionlarda şöbələr bütün məsələlərlə bağlı dəqiqləşdirmə aparmaq imkanı verir. Xüsusilə sosial şəbəkələrdə bu problemlər var. Yəni, informasiyanın doğru və ya yanlış olmasını dəqiqləşdirmədən paylaşmaq yolverilməzdir. Həmçinin burada dövlət qurumlarının əlçatımlılığı tam təmin olunub. Yanlış informasiyanın verilməsi cəmiyyətdə də çaşqınlıq yaradır."
Elşad Hacıyev onu da əlavə edib ki, bəzən yanlış informasiya yaymaq dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa hesablanıb. "Odur ki, rast gəldiyimiz informasiyanı olduğu kimi yaymaq olmaz. Ən azından bununla bağlı araşdırma aparmaq lazımdır. Vətəndaş məsuliyyəti öz sözünü deməlidir. Bu gün cəmiyyətdə hər bir vətəndaşın məsuliyyəti informasiya alətlərindən düzgün və səmərəli istifadəsidir. Bu həm də mənəvi məsələdir, vicdan məsələsidir. Hər gördüyün, eşitdiyin həqiqət ola bilməz. Bu həqiqətlərin ictimaiyyətə təqdim olunması, tirajlanması cəmiyyətdə çaşqınlığa səbəb olur. Ölkənin hüquq mühafizə orqanları bu istiqamətdə çox ciddi işlər aparır. Əsas məqsəd məhz hüquqi maarifləndirmə işidir. Bu sahədə yazan, fəaliyyət göstərən jurnalitlərin işinin məsuliyyəti artmaqdadır. Biz bir an da olsun məsuliyyət hissimizi itirməməliyik"."
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












