Əməkdar artist dövlətdən yardım istədi

Əməkdar artist Firuzə İbadova səhhəti ilə bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, müğənni bu çətin günlərdə ona dəstək olan hər kəsə təşəkkür edib. O, ünvanına göndərilən xoş sözlərin, səmimi mesajların və edilən duaların ona mənəvi güc verdiyini bildirib:
“Sizin sevginizlə illərdir sənətimi yaşatmışam, sizin alqışlarınızla səhnələrə çıxmışam. Bu gün də qəlbim sizinlədir. Mənə göstərdiyiniz diqqətə, qayğıya və dualarınıza görə hər birinizə sonsuz təşəkkür edirəm.
Bu çətin günlərdə xalqımın sevgisi ilə yanaşı, dövlətimin qayğısına və dəstəyinə də böyük ehtiyacım var. İllərimi sənətimə, xalqıma həsr etmiş bir sənətkar kimi, bu gün dövlətimin diqqətini və qayğısını yanımda hiss etmək mənim üçün çox dəyərlidir.
Məni yaşadan sizin dualarınız, qəlbimə güc verən sizin sevginizdir! Allah hər birinizi qorusun, dualarınızı qəbul etsin. İnşallah, gözəl günlərdə yenidən görüşərik!”.
Qeyd edək ki, F.İbadova 2 ay əvvəl əməliyyat olunduğunu, orqanizmindən 5 şiş çıxarıldığını açıqlayıb./nocomment.az
Azərbaycanda ən qocaman vəzifəli şəxslər kimlərdir? - SİYAHI
Ramiz Mehdiyevlə bağlı 20 illik MƏXFİ DOSYE AÇILDI - SENSASİYA
Tovuzda yolda sürüşmə: Hərəkət çətinləşdi - VİDEO
Prezidentdən Əhməd Vəliyevlə bağlı SƏRƏNCAM
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI











