Əməkdar artist: "Tətbiqdə parklanma qəbul olundu, amma cərimələndim" - FOTO

Əməkdar artist, aktyor Elnur Kərimov parklanma qaydalarını pozduğu üçün cərimələnib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, aktyor tətbiq edilən cərimə ilə bağlı narazılığını sosial şəbəkə hesabında bölüşüb.
E.Kərimov bildirib ki, avtomobilini parklanma ərazisində saxlayaraq "AzParking" tətbiqi vasitəsilə ödəniş edib, amma polis ona cərimə yazılıb.
Aktyor yaranmış vəziyyətə etiraz edərək qeyd edib:
"Məqsəd nədir? Məntiqi tuta bilmirəm. "AzParking" dayanmağı qeydə alır və balansdan pul çıxır. Eyni vaxtda polis cərimə yazır. Özü də saxlayanda görürlər, heç nə demirlər. Maşının yanından ayrılan kimi cərimə yazırlar".

Elnur Kərimov bildirib ki, cərimənin tətbiq olunmasına ərazidə yaranmış anlaşılmazlıq səbəb olub.
Aktyorun sözlərinə görə, teatrın qarşısında keçirilən tədbirlə əlaqədar bir sıra yol nişanlarının üzəri müvəqqəti olaraq qara örtüklə bağlanıb.
"Ərazidə günün müəyyən saatlarında dayanma-durmağı qadağan edən nişan var. Məsələ burasındadır ki, həmin nişan yolun sağ tərəfindədir. Biz isə hazırkı vəziyyətdə nişan və işıqforların tələbi ilə deyil, yol polisinin əmrləri əsasında hərəkət edirik. Yol polisini görmək üçün isə sürücünün diqqəti daim sol tərəfdə olur. Belə olan halda sağda qoyulan nişanı görməmək normaldır.
Məni maraqlandıran odur ki, əgər ərazidə avtomobil saxlamaq olmazsa, "AzParking" tətbiqində parklanma niyə qəbul olunur? Niyə sürücülərə ərazidə bu günlərdə avtomobil saxlamağın mümkün olmadığı barədə xəbərdarlıq edilmir?
Yol polisi bildirir ki, cərimə qanunsuz deyil. Ərazidə nişanın tələbi pozulub və cərimə yazılıb. Mənim demək istədiyim odur ki, illərdir həmin ərazidə avtomobil saxlayan insanların müvəqqəti nişanı görməməsi normaldır. Ən azı ərazidə xidmət göstərən yol polislərimiz sürücülərə xəbərdarlıq edə bilərlər. AYNA isə belə günlərdə tətbiq vasitəsilə vətəndaşlara məlumat verməlidir", - deyə E.Kərimov bildirib.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












