Əməkdar artistlə bağlı ÜZÜCÜ XƏBƏR

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, tanınmış muğam bilicisi, xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.
Avtosfer.az xəbər verir ki, məlumata görə, sənətkarın vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda o, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl klinikalardan birinə yerləşdirilib.
Bildirilib ki, Aqil Məlikov həkim nəzarəti altında müalicə alır və onun üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Yaxın vaxtlarda sənətkarın ürək əməliyyatı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış simalarından biri olmaqla yanaşı, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin təbliği istiqamətində mühüm xidmətləri ilə tanınır.
Sənətkarın səhhəti ilə bağlı yeni məlumat olduqca ictimaiyyətə çatdırılacaq.(musavat.com)
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












