Ən çox şikayət bu internet provayderindən olub - SİYAHI

Azərbaycanda ötən ilin dördüncü rübü üzrə ən çox şikayət olunan internet provayderlər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) “Flexnet” MMC (14,99), “Sline” MMC (14,12), “Eurosel” MMC (8,61), “Maxinet” MMC (4,32), “Metronet” MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Metronet” MMC (16 gün), “Flexnet” MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), “Megalink” MMC (13 gün), “Azfibernet” MMC (13 gün) qərarlaşıb.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












