Banner

Bolqarıstanda 50-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza: 10 nəfər ölüb - VİDEO

Hadisə 10 Noyabr 2026 18:36
Bolqarıstanda 50-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza: 10 nəfər ölüb   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər həyatını itirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi Yambol vilayətinin qubernatoru Georgi Çalıkova istinadən məlumat yayıb.

Hadisənin qatı duman şəraitində baş verdiyi bildirilir, toqquşma nəticəsində çox sayda insan xəsarət alıb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, kütləvi qəza saat 7 (Bakı vaxtı ilə saat 9) radələrində "Frakiya" avtomagistralında, Yambol şəhəri yaxınlığında qeydə alınıb. Yolun 289 və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik maşını, eləcə də bir avtobus toqquşub. Təqribən 27 yaralı ətrafdakı xəstəxanalara yerləşdirilib.

Yambol DİN regional idarəsinin baş müfəttişi Todor Mişinev "Nova" TV-yə açıqlamasında bildirib ki, qəzadan sonra bəzi şəxslər öz avtomobillərində sıxışmış vəziyyətdə qalıblar. Onun sözlərinə görə, xilasedicilər ilkin mərhələdə yaralılara yardım göstərməyə cəmləşiblər, xilasetmə əməliyyatı bitdikdən sonra isə istintaq və prosessual tədbirlərə başlanılacaq.

Hadisə yerinə dərhal polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, minik və yük avtomobilləri magistralın hər iki tərəfinə səpələnib, onların bəziləri aşıb, ağır deformasiyaya uğrayıb və ya yoldan kənara çıxıb.

 

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh