Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

İnnovasiya lideri Bakcell müştərilər üçün yeni rəqəmsal satış platforması Bakcell Shop-u istifadəyə verib. shop.bakcell.com vasitəsilə istifadəçilər mobil cihazlar və müxtəlif texnoloji məhsulları onlayn formada əldə edə biləcəklər.
Avtosfer.az xəbər verir ki, Bakcell Shop-da smartfonlar ilkin ödənişsiz, faizsiz və 18 ayadək hissəli ödəniş şərtləri ilə təqdim olunur. Smartfonu hissə-hissə ödənişlə əldə edən müştərilərə hər ay 20 GB-dək hədiyyə internet təqdim edilir.
Bakcell Shop-da hissəli ödəniş prosesi cəmi 1 neçə klik və 1 dəqiqə ərzində tamamlanır. Proses tam rəqəmsal formatda həyata keçirilir və ilkin ödəniş tələb olunmur.
Sifariş edilən məhsullar ödənişsiz çatdırılma ilə birbaşa göstərilən ünvana göndərilir. Çatdırılma ölkənin bütün regionları üzrə təmin olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












