Ermənistanda ŞOK ƏMƏLİYYAT: Köçəryan saxlanıldı - YENİLƏNİB

Xəbərlər 25 Avqust 2026 11:14
Ermənistanda ŞOK ƏMƏLİYYAT:  Köçəryan saxlanıldı  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılmasından sonra onun gəlini - tanınmış müğənni Siruşoya məxsus "Pregomesh" zərgərlik brendinin ofis və mağazalarında axtarış tədbirləri həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan kütləvi informasiya vasitələri yayıb.

Hazırda vəkil Aleksandr Koçubayev müğənni Siruşonun ofisinə yollanır. Onun həmkarı Erik Aleksanyan isə Robert Koçaryanın kiçik oğlu Levon Koçaryanın mənzilindədir, orada yoxlanışlar hələ də davam edir.

***10:44

Robert və Levon Köçəryanlardan əlavə, Robertin digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Səhmdarları arasında Sedrak Köçəryanın da olduğu "Yerevan Toyota" şirkətinin bu gün bağlandığı bildirilir.

Qeyd edək ki, bu səhər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Robert Köçəryan və oğlu Levon Köçəryanın evinə basqın edərək onları saxlayıb. 

***10:00

Ermənistanın siyasi səhnəsində gərginlik son həddə çatıb və ölkə daxilində gözlənilməz, həm də olduq̆a sərt güc nümayişləri start götürüb. Yerli hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən ölkənin müxtəlif bölgələrində yerləşən bir neçə onlarla ünvanda eyni vaxtda irimiqyaslı və təcili əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Avtosfer.az xəbər verir ki, Antikorrupsiya Komitəsinin verdiyi cavabda məsələnin ciddiliyi bir daha təsdiqini tapıb. Belə ki, təhlükəsizlik qüvvələri müxalifət deputatı, ölkənin sabiq prezidentinin oğlu Levon Köçəryanın evinə basqın edərək orada uzunmüddətli yoxlamalar və əməliyyat tədbirləri aparırlar.

"Yerevan.Today" nəşrinin yaydığı məlumata görə, proses bununla bitməyib və əməliyyatın miqyası daha da genişlənib. Belə ki, "Ermənistan" blokunun lideri, ölkənin ikinci prezidenti Robert Köçəryanın özü də Antikorrupsiya Komitəsinə gətirilib.

Ermənistan mətbuatının və siyasi ekspertlərin şərhinə görə, ölkədə baş verən bu qəfil və sərt basqınlar yerli siyasi elita içərisində bomba effekti yaradıb. Hakimiyyətin sabiq prezidentə və onun ailə üzvlərinə qarşı bu cür kəskin addımlar atması gərginliyi maksimum həddə çatdırıb. Hələlik hüquq-mühafizə orqanları tərəfindən axtarışların və aparılan dindirmələrin dəqiq səbəbləri barədə rəsmi və ətraflı açıqlama verilməsə də, prosesin getdikcə daha geniş xarakter alacağı və yeni həbslərin ola biləcəyi istisna edilmir./nocomment.az

 

Oxunub : 286
ŞƏRH YAZ
Ad

E-mail

Şərh