Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən və yaşayış olan binada söküntü aparılır, komunal xidmətlər isə dayandırılıb.
Avtosfer.az xəbər verir ki, binada yaşayan ailələr bildirirlər ki, vaxtilə Fövqəladə Hallar Nazirliyində xidmət edən şəxslərin yaşadığı yataqxana binasının sökülməsi ilə bağlı qərar qəfil verilib.
Ailələrin hara köçürüləcəyi və onlara hansı təminatların veriləcəyi hələlik məlum deyil.
Sakinlərin sözlərinə görə, qısa müddət ərzində su təminatının da dayandırılacağı bildirilib. Səbəb kimi isə onların həmin ünvanda qeyri-qanuni yaşaması göstərilir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, sözügedən yataqxana binası Nazirliyin balansında deyil.
Vətəndaşlar iddia edirlər ki, söküntü işlərini Dövlət Neft Şirkəti həyata keçirir. Dövlət Neft Şirkətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məsələyə yaxın zamanda aydınlıq gətiriləcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












