Estoniya-Rusiya sərhədində azərbaycanlı sürücülər çətinliklə üzləşib - VİDEO

Bir aydır yol gözləyirlər, amma sərhədi keçə bilmirlər.
Avtosfer.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Estoniya ilə Rusiya arasındakı Luhamaa sərhəd-keçid məntəqəsində qalan təxminən 50-yə yaxın sürücü çıxılmaz vəziyyətlə üzləşib.
Sürücülərin sözlərinə görə, onlar elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçiblər. Lakin, buraxılışın ləngiməsi səbəbindən gözləmə müddəti uzanıb, bir çoxunun növbə vaxtı keçib.
Sürücülərin sözlərinə görə, gözləmə müddəti həm maddi, həm də mənəvi baxımdan ciddi problemlər yaradıb. Onların istəyi problemin həll olunması və sərhədi keçmələri üçün şərait yaradılmasıdır.
Luhamaa sərhəd-keçid məntəqəsində gözləyən sürücülər üçün isə vaxt daralır. Çünki, Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhədindəki avtomobil keçid məntəqələrini müvəqqəti bağlamağı planlaşdırır. Həmin tarixədək sərhədi keçə bilməyən sürücülər isə ya gözləməyə davam etməli, ya da başqa marşrut seçməli olacaqlar. Bu isə sürücüləri əlavə xərcə sala bilər.
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO











