Fransa bu gün işğalçı dövlətdir - Qənirə Paşayeva - VİDEO

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi ədalətsiz, böhtan və yalanlarla dolu qətnaməsinə sərt etiraz edib. O, qeyd edib ki, Fransa bu gün işğalçı dövlətdir: “Bu barədə BMT Baş Assambleyasının qəbul etdiyi sənəd də var. Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayoyu oşğalda saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Biz bu məsələni BMT Baş Assambleyasında davamlı qaldırmalıyıq. Fransa Ruandada, Əlcəzairdə soyqırımlar törədib. Biz də Fransanın müsəlmanlara qarşı törətdiyi soyqırımlarla bağlı qətnamə qəbul edək. Burada Türk dövlətlərinə müraciət etməliyik. Çünki qətnamədə türklər hədəf alınıb. Türk dövlətləri, islam dünyası buna öz etirazını bildirməlidir. Ən sonda biz Fransada yaşayan bütün türk kökənli yarım milyona yaxın insanlara, Fransada seçici olan insanlara çağırış edirik ki, seçici olaraq buna etirazınızı bildirin”. Çıxışı daha geniş videodan izləyə bilərsiniz.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












