Fuad Nəcəfli istintaqa cəlb edildi

Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.
Məlumatda qeyd olunur ki, Naxçıvanda adıçəkilən agentliyə 16 il ərzində rəhbərlik etmiş B. Əsgərov 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub. Ona qarşı irəli sürülən ittihamlar 2018-2023-cü illəri əhatə edir, bu müddətdə dövlətin xüsusilə külli miqdarda - 5 milyon manatdan çox vəsaitini ələ keçirdiyi vurğulanır.
Qeyd edək ki, həmin dövrün 1 ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür.
Avtosfer.az xəbər verir ki, “AzPolitika”-ya daxil olan məlumata görə, F.Nəcəfli bu iş üzrə istintaqa cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib.
Qeyd olunur ki, iş üzrə epizodlardan biri NMR Taxıl Fondundan 6.5 milyon manat dəyərində taxılın qanunsuz olaraq ARF şirkətinə verilməsi ilə bağlıdır. Bu əməliyyatdan əldə edilən vəsaitin keçmiş səlahiyyətli nümayəndə tərəfindən mənimsənildiyi iddia olunur.
Mənbə F. Nəcəflinin vəzifədə olduğu dövrdə davranışı, dövlət rəsmiləri ilə işgüzar münasibəti haqqında da informasiya verib. Qeyd olunur ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib. Onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib.
Əldə olunan çoxsaylı məlumatlar F.Nəcəfli kimi tamamilə yararsız kadrın belə yüksək posta təqdimatını verənlərin cəsarətinə həsəd yaradır. “O, qeyri-adekvat, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, hədsiz tamahkar şəxs idi”, - mənbə vurğulayıb.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










