Gəncədə yeraltı keçidlər növbəti dəfə təmir olundu - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, Gəncədə piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mövcud olan yeraltı keçidlər növbəti dəfə təmir olunub.
Avtosfer.az xəbər verir ki, təmir işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-tikinti və Qəza xidməti şöbəsi tərəfindən şəhərin Heydər Əliyev və Nizami Gəncəvi prospektlərinin kəsişməsində, Şah İsmayıl Xətai prospektində yerləşən yeraltı keçidlərdə aparılıb. Keçidlərin tavan hissələri, pilləkənları, tutacaqları, pandusları təmir olunub. Keçidin daima işıqlı olması məqsədilə müasir lampalar quraşdırılıb.
Qeyd edək ki, dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı əsasında təmir olunan keçidlər bəzi vətəndaşların laqeyd münasibəti nəticəsində yararsız vəziyyətə salınır. Odur ki, sakinlərdən bir daha keçidlərə və digər mühüm dövlət əhəmiyyətli obyektlərə qarşı diqqətli olmağı xahiş edirik.



Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











