"Gənclər arasında vətənpərvərlik hissinin təşviqi və düzgün təbliği" layihəsi yekunlaşıb - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0” proqramı çərçivəsində Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi tərəfindən “Gənclər arasında vətənpərvərlik hissinin təşviqi və düzgün təbliği” layihəsi keçirilib.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən layihə Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra çıxış üçün söz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyevə verilib. Azər Əliyev çıxışı zamanı gənclər qarşısında vətənpərvərlik hisslərinin düzgün təbliği ilə bağlı fikirlərini gənclərə çatdırıb.
Ardınca söz təşkilatın rəhbəri Hafiz Əzəmmədova verilib. O çıxışı zamanı gənclərimizə ilk növbədə vətəni sevməyi, ona bağlı olmağı, vətənin bütövlüyü uğrunda lazım gələrsə canımızdan belə keçməli olduğumuzu bildirib. Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyanın ən böyük qəhrəmanlıqlarıda məhz vətən naminə edilib. Əsl vətəndaş vətəninə bağlı olmalıdır. Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biridə torpağa, ana yurda, vətənə bağlılıq xalqımızı zaman zaman yadelli işğalçılardan qorumaq, vətən üçün canından keçmək olmuşdu. Bir sözlə vətən məfhumu heç bir şeylə əvəz edilə bilməz. Daha sonra geniş məlumat üçün söz təlimçi ekspert Çoşqun Hidayətova verilib. Təlimçidə öz növbəsində tələbələrlə diskusiya şəklində söhbətlər aparıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA


















