Gömrük Komitəsi külli miqdarda balıqçılıq toru aşkar edib - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda balıqçılıq toru aşkar edilib.
Avtosfer.az-ın komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Bakı Baş Gömrük İdarəsində Azərbaycan vətəndaşı İsayev Samir Fərman oğlu tərəfindən Çindən idxal edilən 5 220 ədəd “üzümçülükdə və digər məqsədlər üçün istifadə olunan tor” yükünün rəsmiləşdirilməsi zamanı malların mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına aid olduğu şübhəsi yaranıb.
Bu məqsədlə müvafiq ekspert tədqiqatlarının aparılması üçün DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilib. İdarənin apardığı tədqiqatların nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib.
Belə ki, ekspert rəyinə əsasən idxal edilmiş torların diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqçılıq toru olduğu müəyyənləşib.
Xatırladaq ki, aşkar edilən balıqçılıq toru mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı












