Banner

Göyçay sakini özünü güllələyib

Xəbərlər 12 Noyabr 2022 16:40 Oxunub 1582
Göyçay sakini özünü güllələyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçay rayon sakini ehtiyatsızlıqdan tüfənglə özünü yaralayıb.

Avtosfer.az-ın məlumatına görə, rayonun Yalman kənd sakini, 1968-ci il təvəllüdlü Seyfəddin Salmanov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində ayağından xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh