Güclü külək nəticəsində 368 ağac sındı - FOTO

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-a bildirilib ki, aprel ayının 15-dən başlayan leysanla müşahidə edilən şiddətli küləyin sürəti saatda 90 km-ə çatıb və şəhərin müxtəlif rayonlarında 368 ağacın sınmasına, 55-dən çox ağacın budaqlarının qırılmasına səbəb olub.
Qeyd edilməlidir ki, dünyanın bir sıra şəhərlərində olduğu kimi, Bakı şəhərində də torpağın yarımsəhra iqlim şəraitinə malik olması, torpaq qatının nazikliyi bəzi hallarda ağacların kök sisteminin zəif inkişafına gətirib çıxarır. Bu da, güclü külək qarşısında ağacların dözümlülüyünü zəiflədir, leysan xarakterli yağış isə bu prosesi daha da sürətləndirir. Həmçinin təsadüfi deyil ki, Bakıda aşan ağacların əksəriyyəti 1960-1970-ci illərdə əkilib və aşma səbəbindən biri də yaşlarının həddindən çox olmasıdır.
Bütün gecə və hazırki vaxtda qırılan ağacların Birliyinin əməkdaşları tərəfindən kəsilməsi, zədələnənlərin budanması və ərazinin təmizlənməsi işləri aparılır. Eyni zamanda şiddətli külək nəticəsində zədələnmiş, aşma təhlükəsi olan ağaclara aqrotexniki qulluq göstərilir, dayanıqlılığının artırılması üçün dirəklər verilir və bərpası istiqamətində işlər həyata keçirilir.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş iş rejimində işlərini davam etdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















