Gürcüstanda yanacağın qiyməti yenidən artıb

Gürcüstanın brend yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yanacağın qiyməti yenidən artıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, son 4 gündə qiymət artımı 5–15 tetri arasında dəyişib. Nəticədə, cari il martın 9-dan bu günə qədər yanacağın qiyməti 35–90 tetri artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində "Super" markalı benzin 3,99 lariyə (46 tetri artım), "Premium" markalı benzin 3,59 lariyə (52 tetri artım), "Euro Regular" isə 3,45 lariyə (48 tetri artım) satılır.
Ən çox bahalaşma dizel yanacağında qeydə alınıb. Belə ki, "Euro Diesel" markalı dizel yanacağı 3,97 lariyə (90 tetri artım), "Effektive Diesel" isə 3,69 lariyə (85 tetri artım) alıcılara təklif olunur.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazı vasitəsilə daşımaların gecikməsi qlobal neft bazarına təsir edir.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












