Hacıqabul polisi əməliyyat keçirdi: Narkotacirlər saxlandılar - FOTO

Hacıqabulda narkotacirlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Qaçayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 320 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində analoji cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən daha 3 nəfər - Hacıqabul rayon sakini Şəhriyar Əsədov, Bakı şəhər sakinləri Əli Əlizadə və Sahim Hümbətov da saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkarlanıb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












