Hesablama Palatası Kliniki Tibbi Mərkəzdə nöqsanlar aşkarladı

Kliniki Tibbi Mərkəzdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasında ciddi nöqsanlar müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Məlumata görə, audit 2022–2023-cü illəri əhatə edib. Bu müddət ərzində Mərkəzin gəlirləri 92 milyon 356 min manat, xərcləri isə 93 milyon 400 min manat təşkil edib.
Əvəzsiz verilmiş aktivlərin dəyəri 28 milyon 441 min manat, ilin əvvəlindəki qalığı isə 1 milyon 248 min manat olub.
Auditin nəticələrinə əsasən, smetalar real ehtiyaclara uyğun tərtib edilməyib, dövlətdən daha çox vəsait tələb olunub, işçilərə məzuniyyətdə və yaxud xəstəlikdə olduqları halda tam əməkhaqqı ödənilib, rezident həkimlərə qanunsuz ixtisas əlavələri, bəzi hallarda isə gecikmiş müavinətlər verilib, 2 milyon 457,1 min manat dəyərində tibbi avadanlıq və 297,1 min manat məbləğində dərman ehtiyatları istifadə edilmədən anbarlarda saxlanılıb, Dövlətdən təhkim olunmuş əmlak balansda düzgün uçota alınmayıb və yaxud artıq qeydə alınıb, Tibbi xidmətlər üzrə ödənişlərin gecikməsi nəticəsində ötən ilin I rübündə Mərkəzə heç bir ödəniş edilməyib.
Audit zamanı məlum olub ki, 2022–2023-cü illərdə Mərkəz cəmi 2 milyon 25 min 966 xidmət göstərib, bu xidmətlərin dəyəri 54 milyon 311 min manat olub. Lakin aparılmış ekspertiza nəticəsində yalnız 1 milyon 708 min 74 xidmətin və yaxud 47 milyon 209 min manatlıq ödənişin əsaslı olduğu müəyyən edilib. Beləliklə, 15,7 % xidmət və 13,1 % məbləğ üzrə əsaslandırılmamış göstəricilər qeydə alınıb.
Bundan əlavə, ekspertizadan keçmiş xidmətlərin bir hissəsinin ödənişi növbəti ilə keçirilib:
2022-ci ildə 17 milyon 357 min manatın 28,3 %-i,
2023-cü ildə 29 milyon 853 min manatın 40,1 %-i növbəti ildə ödənilib.
2024-cü ilin yanvar-mart aylarında göstərilən xidmətlər üzrə isə auditin başa çatdığı tarixə qədər heç bir vəsait ödənilməyib.
Hesabatda göstərilir ki, bu nöqsanlar dövlət vəsaitlərinin səmərəli istifadəsini ciddi şəkildə zəiflədib və funksional fəaliyyətin maliyyələşməsində gecikmələrə səbəb olub.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











