Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir Skytrax mükafatına layiq görüldü - FOTO

Madrid, aprelin 10-da Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə regionun lider hava limanı statusunu təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyasında nüfuzlu Skytrax World Airport Awards mükafatına layiq görülüb. Mükafat 9 aprel tarixində Madrid şəhərində keçirilən Passenger Terminal Expo 2025 sərgisi çərçivəsində təqdim olunub.
Skytrax World Airport Awards dünya üzrə sərnişinlər arasında müstəqil sorğulara əsaslanan aviasiya sənayesində beynəlxalq səviyyədə tanınmış mükəmməllik standartıdır. Qaliblər sərnişin rahatlığı, xidmətin səmərəliliyi, infrastruktur və innovasiyalar kimi əsas meyarlar üzrə müəyyən olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl səkkizinci il bu mükafata layiq görülməsi hava limanının yüksək xidmət standartlarını və regional liderliyinin davamlılığını bir daha təsdiqləyir.
"Bu nailiyyət milyonlarla sərnişinin etimadının və komandamızın peşəkarlığının bariz göstəricisidir. Biz Heydər Əliyev Beynəlxalq Aeroportunun regionda qabaqcıl təcrübə nümunəsi olaraq qalması, müasir texnologiyaların tətbiqi və dünyanın hər yerindən gələn səyahətçilər üçün komfortlu şərait yaradılması üçün səylə çalışmaqda davam edirik", - deyə aeroportun direktoru Teymur Həsənov qeyd edib.
“Skytrax”ın baş icraçı direktoru Edvard Pleysted isə bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi sərnişinlərin hava limanına olan etibarının və məmnuniyyətinin aydın göstəricisidir. Bu uğurun dəfələrlə təkrarlanması əlamətdar nailiyyətdir və hava limanı səyahətinin bütün aspektləri üzrə davamlı mükəmməlliyi əks etdirir".
Heydər Əliyev Beynəlxalq Aeroportu rəqəmsal transformasiya, proseslərin avtomatlaşdırılması və infrastrukturun modernləşdirilməsinə üstünlük verməkdə davam edir - bu, onun innovasiya və sərnişin məmnunluğu mərkəzi kimi tanınmasına töhfə verən əsas sütunlardır.
Bu nüfuzlu mükafat hava limanının Mərkəzi Asiya və MDB məkanında əsas aviasiya qovşağı kimi rolunu vurğulamaqla yanaşı, həm də aviasiya sənayesində ən yüksək qlobal standartları dəstəkləmək öhdəliyini nümayiş etdirir.
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO
Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun İFŞASI - VİDEO
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ
Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu - VİDEO
Paytaxtın daha üç küçəsində TƏMİR İŞLƏRİNƏ BAŞLANILIR
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakının hansı küçə və prospektlərində TƏMİR GEDİR?
Bakıda peyda olan "beynəlxalq hüquq müdafiəçisi" David Seliverstov kimdir? – SENSASİON detallar - FOTO
"28 May"-"Nizami" arasında avtobuslar niyə pulsuz olmayacaq? - Ekspert izah ETDİ










