Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir

Ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətini ştat rejimdə davam etdirir.
Aeroportdan Avtosfer.az-a verilən məlumata görə, uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır.
Hazırda hava limanı ərazisində şimal və şimal-qərb istiqamətində küləyin sürəti 40–50 m/s qədər güclənmişdir. Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir.
Sərnişinlərə tövsiyə olunur:
• Hava limanına səfəri əvvəlcədən planlaşdırmaq və yolda mümkün ləngimələri nəzərə almaq;
• Nəqliyyatın daha rahat təşkili üçün “28 May” metro stansiyasından Aeroporta hərəkət edən “Aeroexpress” avtobuslarından istifadə etmək;
• Hər hansı sual və ya ehtiyac yaranarsa, hava limanının və ya aviaşirkətlərin əməkdaşlarına müraciət etmək.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə rahat və təhlükəsiz səyahət arzulayır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












