Heydər Əliyev Beynəlxalq Aeroportu TOSC iclasında iştirak etdi - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu Varşavada keçirilmiş Avropa Hava Limanları Assosiasiyasının (ACI Europe) Texniki və Əməliyyat Təhlükəsizliyi Komitəsinin (TOSC) 49-cu iclasında iştirak etməklə Azərbaycanın beynəlxalq aviasiya gündəmində artan rolunu bir daha nümayiş etdirib.
Avtosfer.az xəbər verir ki, tədbir aviasiya sənayesinin əsas çağırışlarına dair birgə həllərin müzakirəsi məqsədilə aparıcı Avropa hava limanlarının, aviasiya tənzimləyicilərinin və texnoloji şirkətlərin nümayəndələrini bir araya gətirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun nümayəndə heyəti süni intellektin turnaround əməliyyatlarına (təyyarənin enişi ilə növbəti uçuşu arasındakı yerüstü xidmət dövrü) tətbiqi, aeronaviqasiya xidmətləri ilə rəqəmsal koordinasiya və perron təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan müzakirələrdə fəal iştirak edib.
Əsas diqqət uçuş-enmə zolağından çıxma hallarının qarşısının alınmasına və insan amilinin azaldılmasına yönəlib. Bu kontekstdə xüsusi texnika sürücülərinin peşəkar hazırlığı və əməliyyat risklərinin azaldılması üzrə qabaqcıl yanaşmalar təqdim olunub.
“TOSC forumu sadəcə bilik və təcrübə mübadiləsi üçün məkan deyil. Bu, aviasiyada təhlükəsizliyin gələcək standartlarının formalaşdığı platformadır. Biz yalnız mövcud təcrübələri mənimsəməklə kifayətlənmir, eyni zamanda bu prosesin bir hissəsi olmağa çalışırıq,” – deyə hava limanının uçuşların təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə bildirib.
Forum çərçivəsində TOSC-un növbəti iclaslarından birinin Bakıda keçirilməsi təklif edilib. Bu təşəbbüs Azərbaycanın qlobal aviasiya ekosisteminin inkişafına verdiyi töhfənin və Bakı şəhərinin yeni nəsil nəqliyyat qovşağı kimi artan rolunun tanınması baxımından əlamətdar addımdır.
Qeyd edək ki, 2024-cü ildən etibarən Bakı və Gəncə beynəlxalq hava limanları Avropa hava limanlarının ən böyük assosiasiyası olan “ACI Europe”-in rəsmi üzvləridir.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










