İlqar Mustafayevin ittihamları bir günə sığmadı

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə istintaqına başlanılıb.
Avtosfer.az qafqazinfo-ya xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktının elanına başlanıb.
İlqar Mustafayevə qarşı irəli sürülmüş ittihamlar üzrə epizodların sayı olduqca çoxdur. Buraya xüsusilə külli miqdarda-12 milyon manat dövlət vəsaitinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və külli miqdarda vergiləri ödəməkdən yayınma halları daxildir. Onlardan bəziləri açıq keçirilən məhkəmədə elan edilib.
Bugünkü iclas üçün 1 saatdan artıq vaxt ayrılsa da, prokuror ittihamları tam oxuya bilməyib. Bu səbəbdən təqsirləndirilən şəxsin münasibətini öyrənmək mümkün olmayıb.
Vaxt kifayət etmədiyindən hakim Leyla Əsgərova Məmmədovanın qərarı ilə qalan istintaq materiallarının elan olunması 20 gün sonraya təxirə salınıb.
Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Mustafayev həbsdə, digərləri azadlıqdadır.
Sabiq Bulvar rəhbərinin 11 milyon manatlıq əmlakı üzərinə də həbs qoyulub. Ona qarşı irəli sürülmüş ittihamların sanksiyasında 10 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












