"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə!

İnnovasiya lideri "Bakcell" və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur.
Avtosfer.az xəbər verir ki, İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.
Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək.
18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16 fevraldır.
"Bakcell" olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












