İran Ermənistanda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində iştirak edəcək

İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qonel Sanusyan arasında Tehranda görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
“Qərara alınıb ki, İran şirkətləri Ermənistanda tunellər, yollar və bina tikintisi sahəsində əməkdaşlıq etsinlər. Həmçinin, Nurduz sərhəd məntəqəsindən Vərziqan və Təbrizə qədər Şimal-Cənub dəhlizinin tamamlanması və inkişafı razılaşdırılıb. Müzakirələrdə İran şirkətləri tərəfindən Ermənistan ərazisində 7,2 km uzunluğunda Qacaran tunelinin tikintisinə 2023-cü ilin yazında başlamaq barədə razılıq əldə olunub”, - məlumatda bildirilib.
İranın həm Ermənistanda, həm də İran ərazisində Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində aktiv iştirakı da razılaşdırılıb.
Dəhlizin tikintisilə bağlı maliyyə məsələləri və vəsaitlərin necə təmin olunması barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, İran Fars körfəzindən Qara dənizə “dəhliz” açmaq iddiasını ortaya qoyub.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












