İran Rusiyaya ballistik raketlər göndərməyə hazırlaşır

İran Ukraynada istifadə etmək üçün Rusiyaya əlavə silahlar, ballistik raketlər göndərməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, bu barədə CNN İranın silah proqramını yaxından izləyən Qərb ölkəsinin rəsmilərinə istinadən bildirib.
"İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya təxminən 1000 əlavə silah, həmçinin qısa mənzilli ballistik raketlər və daha çox hücum PUA-ları göndərməyə hazırlaşır. Proses yaxından izlənilir, çünki bu, İranın Rusiyaya qabaqcıl dəqiqliklə idarə olunan raketlər göndərməsinin ilk nümunəsi olacaq. Bu yardım Kremlə döyüş meydanında əhəmiyyətli dərəcədə "kömək edə bilər", CNN-in xəbərində qeyd olunur.
Qeyd olunub ki, sonuncu dəfə İrandan Rusiyaya 450-yə yaxın pilotsuz uçuş aparatı tədarük olunub ki, Rusiya qüvvələri bu PUA-lardan istifadə edərək Ukraynanın vacib mülki infrastrukturuna zərbələr endirib. Ukrayna rəsmiləri ötən həftə 300-dən çox İran PUA-sı vurduqlarını bildiriblər.
Yeni silah tədarükünün Rusiyaya nə vaxt çatacağı ilə bağlı dəqiq vaxt açıqlanmasa da, rəsmilər silahların ilin sonuna qədər çatdırılacağını gözlədiklərini bildiriblər.
apa
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











