İran Rusiyaya yeni PUA-lar və gülləkeçirməz jiletlər göndərəcək

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin məlumatına görə, noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox “Şahed-136”, “Mohajer-6” və “Arash-2” döyüş PUA-ları göndərməyi planlaşdırır. Bundan əlavə, İranın Rusiyaya yüksək dəqiqlikli raketlər, eləcə də gülləkeçirməz jiletlər verəcəyi barədə də məlumatlar var.
İranın Rusiyaya yardımları hansı müharibənin gedişində nələri dəyişə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, Rusiya artıq İranı müharibəyə cəlb edib:
“Konkret aktiv müharibə olmasa da, Rusiya silah yardımı ilə bunu reallaşdırıb və bir güllə ilə iki quş vurub. Birincisi, İranın Qərblə nüvə danışıqlarına demək olar, “stop” qoyuldu. Çünki Qərb Ukraynanın yanındadır və antiRusiya koalisiyasındadır. İkincisi, İran əgər Vaşinqtonla gizli danışıqlar aparırdısa belə, müəyyən mənada bu prosesi dağıtmış oldu. Əlimizdə fakt olmasa da, düşünürəm ki, İranın nüvə silahı əldə etməsinə yəqin, Rusiya dəstək olur, köməklik edir. O cümlədən, İranın digər qazancı Suriyadan İrana məxsus qeyri-silahlı birləşmələrin kənarlaşdırılması məsələsinin gündəmdən çıxarılması ola bilər. Çünki Əsəd dəfələrlə Rusiyadan bunu tələb edir, İran isə buna sinə gərirdi. Bu mənada Ukrayna savaşı həm Türkiyə, həm də İranın işinə yaradı – yəni onlara məxsus olan silahlı birləşmələr çıxarılmır”.
Müsahibimiz qeyd edib ki, Rusiya İranı yaxın müttəfiq olaraq dünyaya göstərə bilib:
“Fikrimcə, birinci London İranla münasibətlərdə problem yarada bilər. Çünki Londonun burada kifayət qədər siyasi gücü var. Onsuz İsraillə müəyyən problemlərin olduğu bəllidir. Vaşinqtonla da iqtisadi, siyasi, əsas da ticari və ya neft-qaz məsələlərində çətinliklərin yaranması mümkündür. Əsasən düşünürəm ki, London, İsrail İranın nüvə silahını almasına mane olmaq üçün əməliyyatlar apara , yaxud onların istehsal olunduğu ərazilər vurula bilər.Ümumilikdə İranın Qərblə bundan əvvəlki mövcud problemləri qalacaq və embarqolar, sanksiyalar artacaq”.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












