İrana məxsus narkotik daşıyan GƏMİ SAXLANILDI

Yəməndə İrana məxsus narkotik daşıyan gəmi saxlanılıb.
Avtosfer.az "Mouze" teleqram kanalına istinadən məlumatına görə, Yəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib.
Məlumata görə, 3 yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib.
Dənizçilər dindirilmə zamanı Yəmən sahillərində İrana məxsus narkotikləri daşıyan gəminin hərəkəti barədə məlumat veriblər.
Təhlükəsizlik qüvvələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçiriblər.
Müsadirə edilən narkotiklərin miqdarı hələlik dəqiqləşdirilməyib. Gəmi lazımi hüquqi prosedurların keçirilməsi üçün Sokotradakı Hadibu limanına aparılıb.
İran rəsmiləri bununla bağlı hələlik heç bir açıqlama verməyiblər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












