İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycan gömrükçüləri portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqareti aşkar edib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib.
Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycana məxsus aksiz markası ilə markalanmamış 23 846 qutu “Kent”, 7 980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15 000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb.
Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Qeyd edək ki, külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, aksiz markası ilə markalanmadan, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir və son nəticədə dövlətin iqtisadi təhlükəsizliyinə, istehlakçıların sağlamlığına, bu sahədə qanuni fəaliyyət göstərən şəxslərin, habelə dövlət büdcəsindən bəhrələnən əhalinin bütün təbəqələrinin mənafeyinə ziyan vurur. Bu cür hərəkətlərin qarşısının alınması məqsədilə DGK tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












