İrandan qaçaqmal yolu ilə daşınan partlayıcılar ƏLƏ KEÇİRİLDİ

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində partlayıcı maddə qaçaqmalçılığı edən balıqçı gəmisinin qarşısını alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oman Körfəzinə nəzarət edən ABŞ-ın 5-ci Donanması məlumat yayıb.
Bildirilir ki, gəmi İrandan Yəməndəki Husi qiyamçılarına qaçaqmal yolu ilə silah daşınması üçün istifadə edilən dəniz marşrutunda ələ keçirilib.
ABŞ qüvvələri gəmidə raket və partlayıcı maddələrinin hazırlanması üçün nəzərdə tutulan 70 tondan çox ammonium perklorat aşkar ediblər.
Ələ keçirilən gəmidə dörd yəmənli ekipaj üzvü olub və həmçinin kənd təsərrüfatında, həm də partlayıcı maddələr hazırlamaq üçün istifadə edilən 100 ton karbamid gübrəsi müəyyən olunub.
ABŞ-ın 5-ci Donanmasının komandiri, vitse-admiral Bred Kuper bildirib ki, ələ keçirilən maddələr orta mənzilli ballistik raketlər hazırlamaq üçün istifadə edilə bilər.
"İranın qanunsuz silah ötürməsi diqqətdən kənarda qalmır. Bu, məsuliyyətsizlikdir, təhlükəlidir və bütün Yaxın Şərqdə zorakılıq və qeyri-sabitliyə gətirib çıxarır", - deyə o qeyd edib.
Modern.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












