Banner

İranın “moped dronları”: İti qovana və Haropa rəqib ola bilərmi? - FOTO

Xəbərlər 23 Noyabr 2022 12:18 Oxunub 998
İranın “moped dronları”:  İti qovana və Haropa rəqib ola bilərmi?   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təxminən 3 aydır Rusiya ordusu Ukraynada İran istehsalı olan “Shahed-136”, “Mohajer” və digər tipli pilotsuz uçuş aparatlarından istifadə edir. Bəs bu silahlar nə qədər effektlidir? Onları Azərbaycan və İsrail dronları ilə eni cərgəyə qoymaq olarmı?
Başqa bir sual: nə üçün Vətən müharibəsində gördüyümüz nöqtəvi zərbələri Rusiya MN nümayiş etdirə bilmir?
(Bayraktarın təyinatı başqa olduğu üçün İran dronlarını türk PUA-ları ilə müqayisə etmək doğru olmaz)
Avtosfer.az xəbər verir ki, ilk dövrlərdə İran PUA-ları Ukrayna müharibəsində səmərəli oldu. Lakin bir neçə həftə sonra, ukraynalı döyüşçülər onunla mübarizə üsulunu tapdılar. Bu PUA-ları adi atıcı silahla zərərsizləşdirmək mümkün olur. 15 noyabr hücumunda Rusiyanın atdığı 93 raketin 73-ü və hücum edən 10 dronun hamısı vurulub. 
Bəs İran dronları nə üçün Ukrayna əsgərinə asan hədəfdir sualını cavabını onun texniki göstəricilərində axtarmaq lazım gəlir. Azərbaycan və İsrailin zərbə dronları GPS siqnalı itsə belə hədəfi müstəqil şəkildə taparaq məhv edə bilir. Həm də sürət yüksək olduğundan onu məhv etməyə vaxt qalmır. “Shahed-136” zərbə dronları isə konkret nöqtəyə tuşlana bilir. Buraxılışdan sonra hansısa korreksiya qeyri-mümkün olduğundan onlar yalnız böyük və hərəkətsiz hədəfləri vura bilir. Bura da evlər və infrastruktur obyektləri daxildir. “Shahed-136”nın döyüş əməliyyatı məsafəsi 2000 km göstərilsə də, real rəqəm heç minə çatmır. Uçuş sürəti 180 km/saat göstərilsə də real sürət 130 km/saata çatmır.
Dronun mühərriki MD 550 əslində Almaniyanın 1987-ci ildə Folksvagen mühərriki əsasənda layihələndirilmiş Limbach L550E-nin surətidir. Bu mühərriki çinlilər almanlardan, iranlılar da çinlilərdən “copy paste” edib. Limbach özünü doğrultsa da, bütün göstəricilərə görə, surətlər orijinaldan geri qalır. İkitaktlı dördsilindrli, dördkarbüratorlu mühərrik spesifik motosiklet səsi verdiyindən Ukraynada bu silahlar “moped dron” adlanır. Bunlarla mübarizədə ən səmərəli və ucuz metod isə pulemyot və avtomatdır. 
Zəif texniki parametrlərə rəğmən bu silahın cəzbediciliyi onun qiymətindədir. Kəşfiyyat məlumatlarına görə iran ordusuna 3000-7000 dollar arasında satılan dronları Rusiya təxminən 20 000 dollara (Shahed-136) alır. Rusiyada “”Qeran adlanan bu dronları ucuz olduğu üçün kütləvi şəkildə buraxmaq mümkün olur. Həm də yerli müəssisələr bu primitiv silahları istehsal edə bilir. 
PS. Bu yaxılarda Araz çayı yaxınlığında keçirilən təlimdə İran dronu şərti düşmənin çadırına zərbə endirərkən əvvəl çadır partladı, sonra dron zərbə endirdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh