İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”: Mikayıl Cabbarov bəzi rəqəmləri açıqladı

İqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsinin hazırlanaraq hökumətə təqdim edildiyini deyib.
Avtosfer.az-ın məlumatına əsasən, nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycan hökuməti proqrama baxır və müvafiq təkliflər paketi hazırlanıb.
Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin, emal sahəsinin stimullaşdırılması tətbiq ediləcək.
O qeyd edib ki, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır.
“Yaxın perspektiv üçün işğaldan azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












