İşğaldan azad olunmuş ərazilərlə bağlı yeni hüquqi mexanizm qüvvəyə mindi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.
İndi bu hüquqdan həmçinin işğaldan azad edilmiş ərazilərdə idxalı vergi və rüsumlardan azad olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə fəaliyyət göstərən sahibkarlar da yararlana biləcəklər.
Yeni qayda 2023-cü il yanvarın 1-dən qüvvəyə minir və 2033-cü il yanvarın 1-dək tətbiq olunacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












