İstanbulda “İstiqlal bizimdir” yürüşü keçirilib

Noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra hadisənin baş verdiyi ərazidə qurulan platformaya ziyarətçi axını davam edir.
Avtosfer.az xəbər verir ki, ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də terror aktının baş verdiyi əraziyə gələrək burada qurulan platformaya qərənfil qoyur, hadisə qurbanlarını dualar və göz yaşları ilə yad edirlər.
Bu məqsədlə noyabrın 16-da Türkiyənin müxtəlif dini liderləri və 39 ölkənin baş konsulu birləşərək Qalatasaray meydanından hadisə baş verən bölgəyə doğru “İstiqlal bizimdir” yürüşü keçiriblər.
Tədbirdə çıxış edən Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız bu çətin günlərdə ölkəsinin yanında olan hər kəsə minnətdarlığını bildirib.
Yürüşdə iştirak edən müxtəlif dini icmaların nümayəndələri terroru lənətlədiklərini bir daha ifadə ediblər.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da iştirak edib.
AZƏRTAC
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












