İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir - FOTO - VİDEO

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərinin su təchizatı şəbəkəsinin dayanıqlığını artırmaq məqsədilə mühüm infrastruktur yeniləmə işləri həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb. Magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.
Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir.
Sutikinti Müəssisəsinin sahə rəisi Anar Şahməmmədov görülən işlərlə bağlı məluat verərək bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ deyilən ərazidə 1220 millimetrlik polad borunun istismara yararsız olan hissəsinin dəyişdirilməsinə başlanılıb. Həmin hissənin inşasının yaxın günlərdə yekunlaşması nəzərdə tutulur.
Aparılan yenidənqurma işləri, abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.





Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












