Kartlardan daha 51 559 manat oğurlandı - FOTO

Xəbərlər 18 Aprel 2025 09:41 Oxunub 244
Kartlardan daha 51 559 manat oğurlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

DİN-dən Avtosfer.az-a bildirilib ki, bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh