Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir

Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcək.
Avtosfer.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.
Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












