Keçilməz yolların günahkarı biz deyilik - Dövlət Agentliyi

Son günlər havaların yağmurlu keçməsi ilə əlaqədar Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili bəzi küçə və yolların yararsız vəziyyətdə olması ilə bağlı şikayətlərin artımı müşahidə olunur.
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, hər gün sosial şəbəkələr və kütləvi informasiya vasitələrində bununla bağlı məlumatlar verilir.
A.Nəcəfli bildirib ki, təbii olaraq yol haqqında danışıldıqda ilk olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xatırlanır:
"Lakin qeyd etmək istərdik ki, Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolları agentliyimizin balansında deyil və qeyd olunan küçə və yollara (bəzi mərkəzi küçələr istisna olmaqla) tərəfimizdən xidmət göstərilmir".
"Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolların tikintisi və təmiri yerli strukturların (yerli icra hakimiyyəti və yerli bələdiyyələrin) aidiyyəti üzrə təqdimatı əsasında baş tutur", - AAYDA rəsmisi əlavə edib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











