Banner

Kirayə mənzil gözləyənlərin nəzərinə: Sabahdan müraciətlər DAYANDIRILIR

Xəbərlər 5 Oktyabr 2026 19:35
Kirayə mənzil gözləyənlərin nəzərinə: Sabahdan müraciətlər DAYANDIRILIR
WhatsApp kanalımıza abunə olun

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır.

Avtosfer.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları kifayət etməyən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam etdirilir.

"Bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.

Son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, "Elektron ipoteka və kredit zəmanət" sistemi (elektron sistem) üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır.

Nəticədə elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan, yəni yenilənən kirayə mənzil fondunun yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə artan müraciətlərin daha operativ qəbul edilməsi, şəffaf şəkildə emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılması məqsədilə 6 oktyabr 2026-cı il tarixindən kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır.

Müraciətlərin qəbulunun bərpa ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək.

Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib. Həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı "ASAN Kommunal" və ya Sumqayıt "ASAN xidmət" mərkəzlərinə yaxınlaşaraq müraciətlərini rəsmiləşdirə biləcəklər.

Vətəndaşlara yaranmış müvəqqəti narahatlığı anlayışla qarşılayacaqları üçün əvvəlcədən təşəkkür edirik", - deyə məlumatda bildirilib.

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh